Qoxular haqqında

Qoxulu məlumatlar

Araşdırmalara görə bir müştəri məkanda özünü rahat hiss edirsə, həmin məkandan 20% daha gec çıxır. Bu da məkanın satış ehtimalını 70% artırır.

“Lindstom”un 2009-cü ildəki araşdırmasına görə bir rəsm ilə həmin rəsmə uyğun bir qoxunu bir araya gətirsəniz, rəsm daha asan başa düşülər və yadda qalar.

“Osterberg” qoxunun mühit, ruh halı və davranış üzərində güclü təsiri olduğunu, ancaq effektiv olması üçün xidmət, situasiya və ya məkanla birbaşa əlaqəli seçilməli olduğunu bildirir.

Qoxu marketinqi və ya Scent marketing üzərində araşdırma aparan alimlər maraqlı bir nəticəyə gəliblər. İnsanların 84%-i qoxulu bir otaqda satılan ayaqqabını almağa daha çox meyillidir. Qoxu və musiqi bir araya gələndə isə müştərilərin alış-veriş davranışları və məmnunluq dərəcəsi daha da artır.

Bir araşdırmada, yeni il mövzulu musiqi və qoxular harmonik seçilib və pərakəndə satış mağazasının müştəriləri içəridə daha çox zaman keçirib, daha çox alış ediblər. 

Amerikan kazinolarında slot maşınlarının olduğu hissədə hər zaman xoş qoxulardan istifadə edilir. Statistika göstərir ki, qoxulu hissədə 45% daha çox adam oynayır.

Müştərilər artıq marka seçərkən yaşadıqları təcrübəyə, məmnunluq hissinə daha çox önəm verirlər. Bu səbəblə şirkətlər mağazalarında professional qoxuları sınamalı və müştəri məmnunluğu üçün daim çalışmalıdır.

BİZİMLƏ ƏLAQƏ YARADIN!

Professional qoxu həllərini məkanınıza tətbiq etmək və əməkdaşlıq yaratmaq üçün aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edin.