Xidmət sahələri
Hotellər
Məkanın lüks və rahat hiss etdirməsi onun qoxusundan birbaşa asılıdır. Doğru seçilmiş qoxu hotelinizin qonaqlarına rahat, stresdən azad və gümrah hiss etdirə bilər. Bəs doğru qoxunu necə seçmək lazımdır?


Mağazalar
Satış sahəsində müştərilərlə emosional əlaqə yaratmağı bacaran markalar sadiq müştəri qazanırlar və bu da satışa müsbət təsir edir. Araşdırmalar göstərir ki, məkanın qoxusu müştəri davranışlarına təsir edən əsas amillərdəndir. Bəs mağazaya uyğun qoxunu necə seçmək lazımdır?


Restoran və kafelər
Restorana gələn qonaqlar ilk olaraq qoxu, görüntü və səs kimi amillərə fikir verirlər. Doğru seçilmiş qoxu restoranın atmosferini tamamlaya və yeməyi daha da dadlandıra bilər. Nə üçün restoranınızda professional qoxulandırma olmalıdır?


Ofis və iş yerləri
Şirkətlər professional qoxu seçimləri ilə əməkdaşların motivasiyasını və ümumi ruh halını müsbətə doğru dəyişə bilər. Rahatlıq və ya enerji verən qoxular seçmək işdəki məmnuniyyəti və performansı artıracaq. Şirkətinizə nə üçün professional qoxu seçməlisiniz?


Yaşayış kompleksləri
Professional qoxulardan istifadə etmək binanın imicinə güclü təsir edir. Xüsusən də ofis binaları və yaşayış kompleksləri kimi yerlərdə istifadə edilən məxsusi qoxular bina haqqında yüksək fikir yaradır.


Tibb mərkəzləri
Xoş atmosfer yaratmaq, əhvalı yüksəltmək, arzuolunmaz qoxuların qarşısını almaq, pasiyent və ziyarətçi məmnuniyyətini artırmaq üçün tibbi mərkəzlərdə, psixoloji klinikalarda və xəstəxanalarda professional qoxu seçimləri edilməlidir. Tİbbi mərkəzlər üçün başqa hansı üstünlüklər var?


İdman zalları və spa
İdman zalları və spa mərkəzləri professional qoxulandırmanın bir çox üstünlüklərindən yararlana bilərlər. Başlıca olaraq professional qoxular insanlarda motivasiya yaradır, özünü gümrah hiss etməsinə kömək edir.

