Hotel və kazinolarda qoxunun önəmi

Bir xəyal edin: Bir hotelin lobbisinə daxil olursunuz və sözlə ifadə edilməyən şəkildə özünüzü hüzurlu, rahat, evinizdəki kimi hiss edirsiniz. Girdiyiniz hotel beynəlxalq bir holdinqdirsə, bu qoxunu brendlə əlaqələndirməyə başlayıb, lobbiyə hər girdiyinizdə özünüzü daha rahat hiss edə bilərsiniz. 

Bu dizaynın bir parçasıdır. On illərdir ki, hotellər və kazinolar müsbət duyğular canlandırmaq, beyninizlə əlaqəyə keçmək və brendləri ilə daha müsbət siqnallar yaratmağınızı təşviq etmək üçün özəl qoxulardan istifadə edirlər.

Burnunuz son dərəcə güclü bir orqandır. Beynimizin iş prinsipinin nəticəsi olaraq qoxulama bacarığınız hər hansı bir şüurlu düşüncə və ya analiz olmadan birbaşa beyin tərəfindən emal edilir. Bu səbəblə burnunuz və qoxulama bacarığınız xatirələri və duyğuları canlandırmaq bacarığına sahibdir. 

Qoxulama bacarığınız, güclü duyğu və hissləri oyandırma qabiliyyətiniz marketoloqların gözündən qaçmadı. Mövcud araşdırmalar burnunuzun müştəri davranışları üzərindəki güclü təsirə sahib ola biləcəyini, müştəriləri daha çox məhsul satın almağa, bir brend haqqında daha yaxşı düşünməyə və fiziki məkanda daha uzun müddət qalmağa təşviq edəcəyini göstərir.

Ancaq məkan qoxulandırma fikrindən təsirlənən özəlliklə 2 sektor var: Hotellər və kazinolar. Hər ikisi də “imza qoxular” yaratma və müştərilərində xüsusi duyğulara ilham vermək üçün qoxulardan istifadə mövzusunda ətraflı araşdırmalar apardılar. Əslində qoxu marketinqinin arxasındakı fikir, praktikada bunu ilk dəfə xoş olmayan qoxuları gizlətmək üçün istifadə edən hotellər və kazinolardan başladı.

Qoxu marketinqi çox güclü bir vasitə ola bilər. Hotellərin və qumarxanaların bunu necə istifadə etdiyinə və biznesinizin qoxuların arxasındakı elmdən faydalanmaq üçün nələr edə biləcəyinizə daha yaxından baxaq.

Hotellərdə professional qoxulandırma

Hotel lobbisində qoxulandırma bütün hotellər üçün işin çox önəmli hissəsi halına gəldi. Doğru professional qoxu ümumi brendləşmənin kritik bir parçasıdır və bu, hotel lobbisindəki qoxularla müsbət emosional əlaqə qurmağa sövq edir. 

Hotellər bir çox səbəbdən müsbət ətraf-mühit qoxusu yaratmağa çalışır. On illərdir, hotellər markalarını vurğulamaq üçün özəl qoxular yaradıblar və bu da müştərilərin bu qoxunu hoteldən gözlədiyimiz müsbət duyğularla əlaqələndirməsinə gətirib çıxarır. Əslində qoxular çox vaxt bir hotel markasının hamısında eynidir və bu vəziyyət dünyanın hər hansı bir yerindəki bir hotelə girən bir insanın eyni duyğuları hiss etməsinə səbəb olur. Bu mənada bir marka üçün qoxular, loqosu və ya rəngləri qədər önəmlidir. 

Hotellərdəki qoxuların ümumiyyətlə bilinən duyğuları canlandırması hədəflənir: Hüzur, rahatlıq və ev. Bu, əlbəttə, bütün hotellərin müştərilərində yaratmağı hədəflədikləri duyğulardır. Qoxular bu duyğuların yaranmasında effektiv olduğundan, hotellər, müştərini markaları haqqında daha müsbət duyğular bəsləməyə və daha uzun müddət hotellərində qalmalarını təmin etmək üçün çoxlu pul xərcləyirlər.

Kazinoların qoxulandırılması

Hotel lobbisi kimi kazino ab-havası da kazinonun hava kanallarından professional qoxuların püskürdülməsi ilə yaradılır. Qoxu buradan kazinonun döşəməsinə yayılır və müştəri tərəfindən təbii şəkildə qəbul edilir. Bu tür sistemlər 1990-cı illərdən bəri aktualdır. 

Bir kazinoda yaxşı bir qoxu yaratmaq çətin ola bilər, ancaq doğru bələdçiliklə bu mümkündür. Kazinolar ipucularını əsasən bir yerdən alır: Bir kazinonun içindəki qoxular yerli iqlimi xatırladan xoş şeylərdir və insanın özünü daha doğma məkanda və daha hüzurlu hiss etməsini təmin edir. 

Kazinolardakı qoxular üzərində araşdırmalar müştərilərin daha uzun müddət qalmağa və daha çox pul xərcləməyə necə təşviq ediləcəyini göstərir. Məsələn, 1992-ci ildəki araşdırmada psixoloq Dr. Alan Hirsch kazinonun məqsədli şəkildə xoş bir qoxuyla doldurulduqda oyunçuların 45% daha çox pul xərclədiyini ortaya çıxardı. Bu araşdırma haqqında danışan Dr. Hirsch xoş qoxuların insanların hisslərinə toxunaraq onları daha çox rahatlaşdırması və daha çox pul xərclətdiyini irəli sürdü.

Müasir çalışmalar da bənzər nəticələri ortaya çıxardı. 2010-cı ildəki araşdırma daha yaxşı qoxan slot maşınlarına daha çox pul atıldığını ortaya çıxardı.

Əlavə tədqiqatlar kazinoların məqsədli şəkildə insanların o kazino ilə emosional əlaqələndirmə ehtimalının daha yüksək olduğu, bənzərsiz, özünəməxsus imza qoxular yaratdığını ortaya çıxardı. Doğru təşkil edilərsə, xoş, müsbət hisslər oyandıran və kazino qoxusuyla əlaqələndirilən hisslərə sahib olacaq. Ümumi danışsaq, bir kazino markasını inkişaf etdirmək və müştərilərini daha rahat hiss etdirmək üçün istifadə edə biləcəyi geniş çeşidli qoxular var.

Qoxu marketinqi kazino sistemlərindəki ümumi psixologiyanın önəmli bir parçası ola bilər. Kazinolar parlaq işıqlara sahib, saatsız və pəncərəsiz olaraq tanınır. Bütün bu faktorlar müştərinin qalma, qumar oynama və nəticədə daha çox pul xərcləmə ehtimalını artırır. Doğru kazino mühitini yaratmaq, kazinolar üçün ümumi marketinqin önəmli parçasıdır. 

Bizimlə əlaqə yaradın, markanızı önə çıxaracaq doğru qoxunu yaradaq.

Sizə necə kömək edə bilərik?

Müştərilər artıq seçim edərkən bir çox detalı nəzərə alırlar, məkanlar da daxildəki qoxunu seçərkən detallı düşünməlidir. Bizimlə əlaqə saxlayın, biznesinizin və brendinizin müştərilərlə emosional əlaqə qurmasına necə dəstək ola biləcəyimizi kəşf edin.

BİZİMLƏ ƏLAQƏ YARADIN!

Professional qoxu həllərini məkanınıza tətbiq etmək və əməkdaşlıq yaratmaq üçün aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edin.