Qoxunun içində nə var? Xoşbəxt müştərilər?!

Son dəfə girdiyiniz mağazanı düşünün. Havada yayılan qoxunu xatırlayırsınızmı? Böyük ehtimalla xatırlamırsınız, ancaq mağaza sahibinin effektiv marketinq strategiyası istifadə etməsi nəticəsində planladığınızdan daha çox məhsulla geri dönmüş olduğunu xatırlaya bilərsiniz. Bu strategiya məkanın qoxusudur.

Elmi araşdırmalar, bir mağazada tətbiq edilən cəlbedici qoxuların (darçın və ya vanil) insanları orada daha çox zaman keçirməyə sövq etdiyini sübut etmişdir. Həmçinin daha da çox pul xərcləyirlər, bu kassanız üçün əla xəbərdir.

2004-cü ildə amerikalı alimlər Richard Axel və Linda Buck insanlarda qoxualma hissi və qoxuların molekul səviyyəsində necə emal edildiyini öyrəndikləri işləri Nobel mükafatı qazandı. Alimlər qoxulama bacarığımızın həyat səviyyəmizə təsir etdiyi nəticəsinə gəldilər.

Sadəlik hər zaman qazanır

Ancaq hər hansı bir məkanın qoxusu müştəriləri daha xoşbəxt hiss etməyə və ya daha çox almağa təşviq edə bilməz. Sadə qoxular xərcləri təşviq etməkdə qarışıq qoxulara görə daha uğurludur. Washington universiteti və St. Gallen universiteti tərəfindən aparılan bir təcrübədə 18 gün ərzində bir ev dekorları mağazasından alış-veriş edən 400 müştərinin davranışını tədqiq etdi. Müştərilər xəbərləri olmadan 3 senaridən birinə məruz qaldılar: qoxusuz, sadə qoxu (orange) və qarışıq qoxu (orange, basil and green tea). Alimlər insanların qoxulardan sonrakı alış-veriş vərdişlərini qeyd etdilər. 

Araşdırmanın nəticəsinə görə havadakı sadə qoxular alış-veriş edənlərin özlərini yaxşı hiss etməsini təmin edərkən, qarışıq qoxular daha çox diqqət dağıdıb. Sadə portağal qoxusunu duyan müştərilər daha qarışıq qoxunu qəbul edən və ya heç qoxu almayanlara görə 20% daha çox pul xərclədi. Bu, müştərilərə daha çox satın almaq mövzusunda ilham vermənin yollarını axtaran pərakəndə mağaza sahibləri üçün faydalı təcrübədir.

Qoxular, duyğular və xərcləmək

Qoxuların şüuraltı emosional reaksiyalar yaratdığını bilirik və ağlımız yerinə qəlbimizlə satın almağa meyilliyik. Alış-veriş bir çox insanı xoşbəxt edən şeydir. Bu insanların bir növ pərakəndə terapiyasıdır. Məkanın qoxusu bu duyğulardan faydalanmaq, insanların pərakəndə məkanınıza və o məkandakı məhsulların keyfiyyətinə qarşı müsbət hiss etmələrinə təşviq edə bilər.

Məkan qoxuları ilə bağlı araşdırmalar göstərir ki, həm laborator, həm də mağaza əsaslı təcrübələrin nəticələrinə əsasən insanların darçın və vanil kimi “isti qoxular”ın olduğu məkanlarda, nanə kimi “sərin qoxular”ın olduğu məkanlara nisbətdə daha çox xərclədiklərini ortaya çıxardı.

Maraqlı bir şəkildə bu eksperiment eyni zamanda “isti məkan qoxularının” insanların ətraflarındakı məkanı daha izdihamlı qəbul etməsinə gətirib çıxardığını kəşf etdi. Bu izdihamlı atmosfer hissi insanların daha çox məhsul satın almaq istəyini artırır. İnsanlar izdihamda özlərini daha az güclü hiss etməyə meyillidilər və bu güc duyğusunu məhsul satın alaraq geri qazanmaq istəyirlər. 

Biznesiniz üçün mükəmməl qoxu hansıdır?

Bunun kimi eksperimentlər sayəsində qoxuları canlandırıcı, nostaljik, romantik, rahat və ya özündən əmin insanları necə hərəkətə keçirəcəklərinə görə təsnifləndirilir.

Məsələn, citrus, basil, lavender və cinnamon qoxuları rahatladıcı, rosemary, thyme and peppermint canlandırıcıdır. Gül qoxuları xoşbəxtlik və müsbət duyğularla əlaqə yaradarkən, cardamom, licorice, chocolate və ginger romantik duyğuları hərəkətə keçirir. Meyvə qoxuları yay fəslinə məxsus xoş hisslər yaradır, pambıq və kətan qoxuları isə alış-veriş edən müştərilərin təmizliyi və baharı xəyal etmələrinə kömək edir. Dəri, müştərinin lüks məhsul almağa və zənginlik hissini yaradarkən, taxta qoxuları məhsulları təbiətə və sağlamlığa dair düşüncələri oyadır.

Məkan sahibləri daha böyük və ya daha rahat bir mağaza təsiri bağışlamaq üçün də professional qoxuların gücündən istifadə edə bilər. Yaşıl alma, portağal və ya xiyar kimi xəfif qoxular məkanınızın daha böyük görünməsinə kömək edəcək. Taxta, şirin və ədviyyatlı qoxular isə məkanınızın daha xudmani və səmimi görünməsini təmin edəcək.

Məkan qoxusu haqqında bilmək biznes sahiblərinə qoxu marketinqi strategiyalarını ehtiyaclarına uyğun şəkildə qurmalarına kömək edir. Biznesinizə tətbiq etdiyiniz isti və ya soyuq, sadə və ya qarışıq, canlı və ya hüzurlu özəl qoxu müştərilərinizin daha xoşbəxt və pozitiv hiss etmələrinə ilham verəcək.

Sizə necə kömək edə bilərik?

Müştərilər artıq seçim edərkən bir çox detalı nəzərə alırlar, məkanlar da daxildəki qoxunu seçərkən detallı düşünməlidir. Bizimlə əlaqə saxlayın, biznesinizin və brendinizin müştərilərlə emosional əlaqə qurmasına necə dəstək ola biləcəyimizi kəşf edin.

BİZİMLƏ ƏLAQƏ YARADIN!

Professional qoxu həllərini məkanınıza tətbiq etmək və əməkdaşlıq yaratmaq üçün aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edin.