Qoxular keyfiyyət anlayışını dəyişə bilər?

Bütün duyğularımız arasında qoxu əsasən ən az önəmli qəbul edilən duyğudur. Ancaq ətrafımızdakı dünyanı necə gördüyümüz üzərində böyük təsiri var. Doğru qoxu normalda adi bir məkanı lüks və yüksək səviyyəli qəbul edilən məkana çevirə bilər. Eyni şəkildə yanlış qoxu da dərhal neqativ hisslər yarada və müştərilərinizin alış-verişə keçmədən məkanı tərk etməsinə gətirib çıxara bilər. Pərakəndə sahəsində məkan qoxulandırmanın istifadəsi bir çox biznesin onlayn ticarətlə amansız rəqabətdə silahdaş olaraq qəbul etdikləri kritik vasitədir.

Bizneslər satışları artırmaq üçün qoxuları necə istifadə edir?

Qoxu almaq hafizə və hisslərlə əlaqəlidir. Bir qoxunu qəbul etdikdə qoxulama sistemimizdən keçir. Bu sistem həm duyğuların emalına kömək edən amiqdala, həm də qısa müddətli anların uzun müddətli xatirələrə çevrilməsinə kömək edən hipokampusa bağlıdır. Uşaqlığımızdan qalma qoxuların son dəfə duyulandan on illər sonra belə bu qədər güclü duyğular yaratmasının səbəbi də budur. Qoxu marketinqi uzun zamandır bu duyğulardan faydalanmaq üçün istifadə edilir, bu səbəbdən bir çox əmlakçı evi satışa çıxarmazdan öncə evinizi isti və cəlbedici qoxularla doldurmağınızı tövsiyə edir. Bu, potensial alıcı üçün xoş qarşılama və rahatlıq hissi yaratmağın asan və effektiv yoludur, çünki qeyri-ixtiyari şəkildə uşaqlıq evlərini xatırlamalarına səbəb olur.

Qoxulandırma hotellər, tibb mərkəzləri və hətta havayolları da daxil olmaqla bir çox fərqli sektorda istifadə edilir. Müştərilər bu qoxuları qəbul etdikcə, bu qoxunu əsas götürərək markalarla emosional əlaqə yaradırlar. Bu nöqtədən sonra alıcılar həmişə xüsusi qoxuları bu şirkətlərlə əlaqələndirəcək, bu da markanı gücləndirəcək, doğmalıq və sədaqət aşılayacaq. Bunun üçün sadəcə doğru qoxunu seçmək lazımdır. 

Professional qoxular işinizə necə kömək edə bilər?

Qonaqlarınızın biznesinizdə və ya showroom-unuzda müsbət müştəri təcrübəsi yaşamasını təmin etmək üçün çəkdiyiniz bütün zəhməti düşünün. Onların məhsullarla əlaqəyə keçməyə və satın almağa təşviq edən gözoxşayan sərgilər yaratdınız. Onları oyaq saxlayacaq və məşğul edəcək musiqini seçdiniz. Bəlkə də onlara təklif etdiyiniz bütün məhsullara baxmaqları üçün yeməklər və içkilər də hazırlamısınız. 

Bir çox müəssisənin unutduğu önəmli nüanslardan biri qoxudur. Məkanın qoxulandırılması satışları 60% qədər artıra bilər. Ortalama müştəri normalda xərcləyəcəyindən 3% ilə 23% daha çox pul xərcləyə bilər. Məkanınız üçün doğru qoxunu seçmək gəlirlərinizə birbaşa təsir edə bilər. Bu zaman təkcə satışlarınızı artırma ehtimalını deyil, eyni zamanda müştərilərinizin daha çoxunu almaq üçün geri gəlməklərini təmin edəcək müştəri təcrübəsi yaradırsınız.

Hansı qoxular daha çox satır?

Qoxuların duyğularımızı və davranışımızı necə dəyişdirə biləcəyi mövzusunda bir çox araşdırma aparıldı. Tədqiqatçılar amber və vanil kimi isti qoxuların təkcə müştərilərin uzun müddət qalmasını təmin etməsini deyil, eyni zamanda məhsullarınızın daha bahalı və keyfiyyətli görünməsinə də yol aça biləcəyini kəşf etdilər. Professional qoxulandırmaya məruz qalan müştərilər bir məhsul üçün qoxusuz mağaza ilə müqayisədə 10%-15% daha çox ödəməyə hazırdır. Sadəcə bu da deyil. İsti qoxular çox güclü bir rahatlıq hissi yaratdığından bir mağazanın nə qədər dolu görünəcəyinə dair anlayışınızı da dəyişə bilər. Müştərilər başqaları ilə rəqabət edirmiş kimi hiss edərlərsə, özlərinə güc hissi verəcək lüks məhsullar satın alaraq bu duyğunu tarazlamağa çalışacaqlar. Bu hər hansı bir mağazanın müştəri davranışları üzərində birbaşa təsir yaratmaq üçün tətbiq edə biləcəyi güclü bir taktikadır. 

Biznesiniz üçün özəl qoxu yaratmağın bir çox üstünlükləri var. Müştərilərinizin alış təcrübəsinə daha dərindən emosional təsir edə biləcəksiniz. Bu təsiri digər satış taktikalarında tapa bilməzsiniz. Müştərilər daha uzun müddət qalmağa və daha çox xərcləməyə yönələcək. Əlavə olaraq da müştərilərinizin uzun müddət yaddaşlarında qalacaqsınız. Bütün bunlar növbəti illərdə daha çox satışa gətirib çıxaracaq.

Sizə necə kömək edə bilərik?

Müştərilər artıq seçim edərkən bir çox detalı nəzərə alırlar, məkanlar da daxildəki qoxunu seçərkən detallı düşünməlidir. Bizimlə əlaqə saxlayın, biznesinizin və brendinizin müştərilərlə emosional əlaqə qurmasına necə dəstək ola biləcəyimizi kəşf edin.

BİZİMLƏ ƏLAQƏ YARADIN!

Professional qoxu həllərini məkanınıza tətbiq etmək və əməkdaşlıq yaratmaq üçün aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edin.