İnsanlar hissləri ilə alış-veriş etməyə meyillidir. Paketə və məhsula baxırlar. Ədyal alırlarsa, yumşaq olduğunu yoxlamaq üçün toxunma duyğularını istifadə edirlər. Qoxu duyğusu eyni zamanda istifadəçinin alış-veriş etmə tərzinin də önəmli detalıdır. Kosmetika məhsulları satan və parfüm qoxusu gəlməyən bir alış-veriş mərkəzinə girdiyinizi xəyal edir. İstər inanın, istər inanmayın, bu bir marketinq gedişidir.
Qoxu marketinqi necə işləyir?
Bir təndirin yanından keçdiyinizi düşünün. Sadəcə qoxu marketinqi üçün bişirməsələr də, təzə bişmiş çörəyin və kökələrin qoxusu insanların diqqətini çəkərək satın almaq istəyi yaradır. Əmlakçılar bir evi satmağa hazırlanarkən qoxu istifadə edirlər. Bunlar sadəcə bir neçə nümunədir və hamısının işə yaramasının bir səbəbi var.
Müsbət qoxu insanın duyğularını hərəkətə keçirir. Qoxu xoşagələn olduqda müştəri üçün ümumi olaraq müsbət bir təcrübə yaradılmasına kömək edir. Müştərinin mağazaya ilk gəlişidirsə, bu durum müştərinin ilk təəssüratları üzərində güclü təsirə sahibdir. Bir müştəri təkrar gəlirsə, qapıdan içəri girdikdən sonra avtomatik olaraq o qoxunu gözləyir. Nəticədə bu hər dəfə qoxuladıqda şirkətinizlə əlaqələndirdikləri bir qoxu halına gələ bilər. Qoxu marketinqinin məqsədi nəticədə satışları artıra biləcək müştəri təcrübəsini inkişaf etdirməkdir.
Bir şirkət istifadə etdiyi qoxularla bir ruh halı və ya konsept yaratmaq istəyə bilər. Məsələn, heç kafenin önündən keçərkən qəhvə dənəsi, ağac qoxusu və ya başqa xoş qoxu duymusunuz? Bəs spa? Tez-tez içəri girdikdə lavanda və nanə kimi yağların qoxusunu hiss etmisinizmi? Bu qoxular insanları sakitləşdirir.
Bəzi şirkətlər qoxuları yaymaq üçün diffuzorlardan istifadə edir. Diffuzorlar havada xəfif bir qoxu yaradaraq müştərilərin mağazada özlərini sakit və xoşbəxt hiss etmələrini təmin edir. Lavanda və ya vanil doğru seçim ola bilər.
Qoxunun beyindəki təsiri
Qoxu marketinqinin əsas konsepti beynin duyğu reseptorlarına təsiri ilə əlaqəlidir. Bir və ya daha çox duyğunu həyata keçirmək bir markanın müştərilərlə emosional əlaqə yaratmasına kömək edir. Bu xüsusən qoxu mövzusunda keçərlidir. Beyninizin sol tərəfindəki limbik sistem qoxunu emal edir. Duyğuları kontrol etməkdən və qoxunu emal etməkdən məsuldur. Bu emosional bir bağlantı ilə qoxu arasında birbaşa əlaqə olduğu anlamına gəlir. Maraqlıdır ki, qoxu duyğularınız arasında ən güclü olandır və hafizə ilə ən böyük əlaqəyə sahibdir.
Faydalar
Qoxu marketinqində olduğu kimi müştərilərinizlə emosional əlaqə yaradaraq satışlarınızı artıra bilərsiniz. Qoxu insanın bir markaya daha çox pul xərcləmə istədiyini belə artıra bilər. Bir məkanın qoxusu olduqda müştərilər bunu daha yüksək keyfiyyətlə əlaqələndirirlər. Xoş bir qoxuya sahib olduqda insanların mağazada qalmaq müddətləri ciddi şəkildə fərqlənir.
Müştərilərin ruh halını yaxşılaşdırmaq üçün qoxu marketinqindən istifadə edin. Və unutmayın ki, xoşbəxt müştərinin mağazanızda pul xərcləmə ehtimalı daha yüksəkdir.
Mağazanın qoxusu işinizin təməli halına gəlir. Markanın tanınmasının əsas ünsürü halına çevrilir və müştərilərin sizinlə bağlı ilk təəssüratlarına müsbət təsir edir.
Sübut
Washington universiteti tərəfindən yayımlanan tədqiqata görə xoş qoxu insanların xərcləmə miqdarını 20% artıra bilər.
Beynəlxalq marketinq araşdırmaları jurnalına görə Nike mağazalarındakı məkanın qoxusu alış-veriş təcrübəsindən alınan zövqü və mağazanın ümumi ab-havasını yaxşılaşdırıb.
Samsung tərəfindən aparılan bazar araşdırması bir müştərinin xoş qoxuya məruz qaldıqda nə qədər müddətdir onlayn olduqlarını olduğundan 26% daha az təxmin ediblər.
ScentPro qoxu və marketinq arasındakı güclü əlaqənin fərqindədir. Biz professional qoxular üzrə peşəkarıq və biznesiniz üçün satışları artıracaq və alış-veriş vərdişlərini daha yaxşı hala gətirəcək qoxu yaratmağınıza dəstək ola bilərik.
Sizə necə kömək edə bilərik?
Müştərilər artıq seçim edərkən bir çox detalı nəzərə alırlar, məkanlar da daxildəki qoxunu seçərkən detallı düşünməlidir. Bizimlə əlaqə saxlayın, biznesinizin və brendinizin müştərilərlə emosional əlaqə qurmasına necə dəstək ola biləcəyimizi kəşf edin.