Araşdırmalar göstərir ki, insanın qoxu hissi 5 hissin içində ən güclüsüdür və digər bütün hisslərdən daha çox yadda qalır, daha çox emosiya yaradır. Tədqiqatlar insanların 1 milyondan çox qoxu növünü fərqləndirmə qabiliyyətinə malik olduğunu göstərir. Təbii ki bu qoxuların bəziləri çox xoş, bəziləri isə o qədər də xoş deyil…
Bəs bu məlumatlar sizin və biznesiniz üçün nə deməkdir?
Yəqin ki, siz müştəriləri cəlb etmək üçün professional qoxulardan və onların faydalarından hələ istifadə etməmisiniz. Əslində professional qoxuları məhsullarınızı daha yaxşı satmaq üçün istifadə etməyin bir neçə yolu var.
Qoxu hissi nə qədər güclüdür?
Havada bir qoxu olduqda burundakı qoxu yolu vasitəsilə birbaşa beyninizin kortikal hissəsinə gedir. Qoxular beynə təmas etmədən hərəkət etdikləri üçün birbaşa şüuraltına və qərarvermə prosesinə təsir edirlər. Bu da qoxu hissinin niyə bu qədər güclü hərəkətə keçirmə qabiliyyətinə sahib olduğunu göstərir.
Qoxuları ticarətdə necə istifadə edə bilərsiniz?
Müştərilərə çatmaq məqsədilə qoxulardan istifadə mövzusunda ata biləcəyiniz ən yaxşı addım qoxunu pozitiv bir hisslə emosional əlaqələndirmək və ya zatən mövcud olan pozitiv hisslərdən faydalanmaqdır. Nəticədə hamımız qoxuları hansısa bir xatirə ilə əlaqələndirmirik?! Ya da daha yaxşısı: Heç nəyin fərqində olmadan bir qoxunu hiss edəndə beynimizin avtomatik o qoxu ilə əlaqələndirilmiş xatirələri canlandırdığını hiss etmisinizmi?
Qoxular ticarətdə bir çox üsulla istifadə edilə bilər. İlk olaraq qoxuların kiminsə yaddaşını hərəkətə keçirməkdən başqa özəllikləri olduqlarını bilməliyik. Qoxular insanları yaxşı hiss etdirir və ümumi ruh halını yüksəldir. Bu da alış vərdişlərini dəyişdirə bilər. Bu mümkün olduğu üçün tamamilə yeni bir marketinq sahəsinin yaranması ilə nəticələndi: ambiance scenting və ya məkanın qoxulandırılması.
Bəzən xüsusi qoxuları pis qoxuların qarşısını almaq üçün də istifadə edilir. Əslində bu sahə ilk dəfə hotellərin siqaret çəkən qonaqların siqaret qoxusunu aradan qaldırmağa çalışdığı dönəmdə ortaya çıxıb. Ancaq insanlar qoxu mövzusunda reaktiv yox, həm də proaktiv ola biləcəklərini tez bir zamanda öyrəndilər. Nəticədə hotel qoxulandırma özəl bir sektor halına gəldi. Hətta bir çox hotellər brendi inkişaf etdirmək üçün “imza qoxular”ını yaradırlar. Bu qoxular hotellər şəbəkəsinin hər filialında qonaqların eyni hissi yaşamasını hədəfləyir.
Professional qoxular geniş araşdırmalara, fiziki gediş-gəlişə və məkana özəl amillərə əsaslanaraq hazırlanır. Bir qoxunun xoş və cəlbedici olması lazımdır, ancaq məkana daxil olduqda hiss ediləcək qədər çox vurulmamalıdır.
Qoxu ilə brend arasında müsbət emosional əlaqə yaratmaq üçün hər şeydən çox qoxunun doğru olması lazımdır. Bu qoxunun uyğun şərtlərdə istifadəsi arzuolunan müştəri davranışlarına gətirib çıxara bilər.
Davranışı dəyişdirmək üçün qoxu istifadəsi
Bir çox hallarda qoxular məkanların təklif etdikləri məhsulu və ya xidməti tamamlamaq, brendi böyütmək üçün özəl olaraq hazırlanmışdır. Ancaq həmişə belə olmalı deyil.
Mütəxəssislər müəyyən ediblər ki, qoxuların effektiv olması üçün ani reaksiya və ya emosional əlaqə yaratması mütləq deyil. Doğru şəkildə istifadə edildikdə məkanın normal qoxusu müştərinin daha çox pul xərcləməsinə kömək edə bilər. Bunun üçün xüsusi məhsulları satmaq üçün professional qoxuları istifadə etməkdir; bir çox araşdırma göstərir ki, məkanı kofe qoxusu ilə doldurduqda mağazadakı məhsulun satışı artır. Digər qoxular müştərinin mağazada daha çox qalmasına və ya daha çox xərcləməsinə səbəb ola bilir.
Doğru qoxu müştərinin məhsulun daha keyfiyyətli olduğunu düşünməsinə və nəticədə məhsul üçün daha yüksək məbləğ ödəməyə daha istəkli olmasına da gətirib çıxara bilər.
Elə buna görə də qoxulardan düzgün istifadə edilməsi və qoxu marketinqi cəlbedicidir. Doğru istifadə edildikdə qoxular gözəl xatirələr yarada və müştərilərin davranışlarına gizlin şəkildə təsir edə bilər.
Professional Qoxu Həlləri
Bir neçə il əvvələdək qoxu marketinqi məntiqsiz görünürdü, amma hal-hazırda neyromarketinqin ən qabaqcıl sahəsidir. Brend marketinq və ya emosional marketinqin üstünlüklərindən faydalanmaq istəyirsinizsə, yazını oxuyub bitirdikdən sonra ScentPro qoxu mütəxəssisi ilə əlaqə saxlayın.
Brendin dizaynı ilə harmoniya
Pərakəndə ticarət sahibkarları, mağaza sahibləri və marketinq direktorları potensial hədəf kütləsinə birbaşa satış etməyin yollarını axtarır. Bu kütlə məkanınıza qonaq gələndə satış etməyi daha asanlaşdıra bilərsiniz. Qoxulandırma həlləri ilə müştəriyə xoş bir qoxu ilə xitab edə bilərsiniz. Bir çox brend qoxu ilə harmoniya təşkil etmək üçün vizual cəlbediciliyi də istifadə edir. Bu halda brendin tanınması və yada düşməsi daha da asanlaşır.
Müştərilərinizlə birbaşa əlaqə qurmaq üçün professional qoxu həllərimizi istifadə edə bilərsiniz. Doğru qoxu seçimi ilə müştərilərin hisslərinə xitab etmək mümkündür. Fiziki məkanınıza və ya ofisinizə gələnlər sizi “imza qoxunuz” olaraq seçdiyiniz qoxuyla əlaqələndirəcək. Bir çox şirkət sahibi bu tərz marketinq addımını indiki və gələcəkdəki geridönüşlərinə görə bir investisiya olaraq görür.
Sizə necə kömək edə bilərik?
Müştərilər artıq seçim edərkən bir çox detalı nəzərə alırlar, məkanlar da daxildəki qoxunu seçərkən detallı düşünməlidir. Bizimlə əlaqə saxlayın, biznesinizin və brendinizin müştərilərlə emosional əlaqə qurmasına necə dəstək ola biləcəyimizi kəşf edin.