Çörək bişirmək, təzə biçilmiş çəmənlik, çiçəkli ətir. Bu qoxular, adətən, ya ən sevdiyimiz bir sobayla, ya isti bir yay günü ilə, ya da keçmiş sevgiliyə dair xoş xatirələrlə əlaqələndirilir və qoxu çoxdan unudulmuş xatirələri canlandırarkən dərin bir nəfəs almağımıza səbəb olur. Bəs qoxu niyə bu qədər güclü duyğular yarada bilir?
Qoxular iş performansımıza, davranışlarımıza və ruh halımıza təsir edir. Qoxular, onlarla şəxsi əlaqələrimiz səbəbilə bu təsirlər ortaya çıxır. Bir qoxu bizə təsir edir, çünki o qoxuyu xüsusi bir hadisəylə əlaqələndirmişik. Buna təsirli öyrənmə deyilir; bir olay və ya əşya, şəxsin təcrübələrinə əsasən digərinə bağlanır. Məsələn, hind qozu qoxusuna güclü müsbət reaksiya verirəm, çünki ilk dəfə hind qozuna məruz qalanda Havay adalarında, tətildə hind qozu ətirli günəş kremi istifadə etməyimdir. Tətil xoş bir xatirədir və hind qozu qoxusunun özü başqaları üçün neytral olsa da, mən hind qozu qoxusunu xoş xatirəylə əlaqələndirirəm. Çox insan gübrə qoxusunu sevməz, ancaq qoxu bir fermada böyüyən və uşaqlığını sevgiylə xatırlayan biri üçün xoş nostalgiya oyandıracaq. Qoxular əlaqəli hadisənin necə yadda qaldığına əsasən müsbət və ya mənfi təsirlər yarada bilər.
Amerika Psixologiya Dərnəyinə görə ətrafdakı kimyəvi elementləri təsbit etmək bacarığı bütün canlılarda ortaqdır. Qoxu duyğusunun önəmi qarışıqdır, çünki onu yaxşı təsvir edə biləcək sözlərimiz yoxdur. Bir qoxunu başqa bir qoxuyla qarşılaşdırmaq, qoxunu təyin etməyin yeganə yolu kimi görünür.
Araşdırmalar göstərir ki, ana bətnində özünəməxsus qoxulara məruz qalan fetuslar uşaqlıq dönəmində bu qoxuları seçir. Bu seçimlər böyüyəndə də davam edir.
Qoxu duyğusunu qarışdıran bir digər səbəb də qoxuların beyin tərəfindən işlənmədən öncə hafizə və duyğu mərkəzlərindən keçməsidir. Əlaqəli xatirələr və uzlaşdırılan şeylər dərk etmədə kritik rol oynayır. Qoxu sistemi əlaqəli öyrənməyə çox uyğundur, çünki limbik sistemlə və beynin duyğunu analiz edən və əlaqəli öyrənməyi dəstəkləyən qisimləri ilə bağlantılıdır. Limbik sistem beyində duyğuya, ruh halına, hafizəyə və davranışa təsir etməyə çalışan bir növ qrupdur. Bəzən beynin ibtidai tərəfi olaraq da adlanırılır, çünki eyni sistemlər ilk məməlilərin beyinlərində də tapılmışdır. Qoxu duyğusu qoxuların niyə bu qədər güclü emosional reaksiyalar yaratdığını açıqlamağa kömək edən, bu şəkildə əlaqəli olan tək duyğudur.
Qoxular ruh halınıza necə təsir edir?
Əlaqəli öyrənmə insanın bir qoxunu digərinə tərcih etməsinə səbəb ola bilər, ancaq eyni zamanda qoxuların ruh halımıza və davranışlarımıza necə təsir etdiyini də açıqlaya bilər. Qoxunun təsirləri barəsində aparılan araşdırmalar ruh hallarının düşüncələrimizə və hərəkətlərimizə təsir etdiyini göstərmişdir. Müsbət ruh halındakı insanlar mənfi hisslər yaşayan insanlardan daha yaradıcıdır. İnsanları sevdikləri xoş qoxuya məruz qoymaq onların yaradıcı problem həlletmə bacarıqlarını inkişaf etdirir. Müsbət ruh halının daha yaxşı məhsuldarlıq və performansla əlaqəli olduğu göstərilmişdir. Xoş qoxular tapşırıqları daha məhsuldar tamamlamaq, başqalarına kömək etmək kimi müsbət davranışları da artırır. Xoş qoxulara məruz qalmağın qarışıq və ya sıxıcı işlərdə də performansı artırdığı sübut olunmuşdur. Digər tərəfdən xoş olmayan qoxulara məruz qalmaq mühakimə bacarığını pozur və insanların daha az səbirli olmasına səbəb olur.
Bu yaxınlarda aparılan araşdırma fiziki sağlamlığın qoxuyla əlaqəli gözləntilərdən təsirlənə biləcəyini ortaya çıxardı. Astmalı insanlar güclü bir qoxuya məruz qalan iki qrupa ayrıldı. İştirakçıların yarısına qoxunun astma simptomlarını azalda biləcəyi, digər yarısına isə astma simptomlarını daha da pisləşdirəcəyi bildirildi. Qoxunun astma simptomların daha da pisləşdirəcəyinə inanan iştirakçılar nəinki daha çox narahat oldular, həmçinin eyni zamanda daha çox ağciyər iltihabı yaşadıqlarını da bildirdilər.
Digər hisslər də qoxu duyğusuna bağlıdır. Digər duyğulardan qəbul edilən datalar qoxuları necə anladığımıza təsir edə bilər. Görmə və qoxu arasındakı əlaqənin qoxu duyğusuna təsiri göstərilmişdir. Gül rəsminə baxarkən havanın gül yağı qoxulu olması beyində gül aromasını artırır, bir növ 2D vizual 3D-ə keçir.
Marketoloqlar, adətən, məhsulların istehlakçıya gözəl qoxmasının onların məhsulu almağa təşviq edəcəyinə həmişə inanırdı, ancaq araşdırmalar qoxunun təsirinin nə qədər böyük ola biləcəyini göstərdi.
Bir araşdırma losion qoxusu ilə müştəri seçimi arasındakı əlaqələni analiz elədi. Nəticə güclü emosional xatirələr oyandıran qoxulu məhsulların qoxusu eyni duyğunu oyandırmayan eyni məhsuldan üstün olduğunu tapdı. Ən müsbət emosional anları canlandıran məhsul müştəri tərəfindən daha yaxşı olaraq qiymətləndirildi və daha yaxşı xatırlandı. Bu qoxu müştəridə sadəcə xoş duyğular canlandırmaqla qalmır, eyni zamanda ən yaxşı duyğuları oyandıran və alış davranışlarına da təsir edir.
Üstün müştəri təcrübəsi təklif etmək müştərilərinizlə emosional əlaqə qurmaqla başlayır. Məkanın qoxulandırması ilə qurulan emosional əlaqələr müştərilərin qəlbini bir brendin ruhuna bağlaya bilər. Qoxulu hava ilə məkanı qoxulandırmaq müştərini emosional olaraq cəlb etməyin ən güclü yoludur.
Sizə necə kömək edə bilərik?
Müştərilər artıq seçim edərkən bir çox detalı nəzərə alırlar, məkanlar da daxildəki qoxunu seçərkən detallı düşünməlidir. Bizimlə əlaqə saxlayın, biznesinizin və brendinizin müştərilərlə emosional əlaqə qurmasına necə dəstək ola biləcəyimizi kəşf edin.