İmza qoxu nədir?
“Signature scent” və ya “imza qoxular” bir markanın özünəməxsus bir qoxu ilə əlaqələndirilməsini ifadə edir. İnsanların da imza qoxuları olur. Bu, adətən, şəxsə məxsus parfum və ya ətir seçimini bildirir. Şəxsin imzası kimi onu fərqləndirir və qoxu duyulduqda başqaları tərəfindən xatırlanır. Markalar üçün imza qoxular bu səbəblərdən önəmlidir.
Marka kimliyi yaratmaq
İmza qoxular bir markanın bənzərsizliyini və özünəməxsus özəlliklərini vurğulaya bilər. Müştərilər markanın qoxusunu duyduqda asanlıqla digər markalardan seçə bilirlər.
Marka loyallığını artırmaq
İnsanlar qoxuları xatırlamaqda çox güclüdülər və markanın imzası halına gəlmiş qoxu müştərilərdə markaya qarşı müsbət assosiasiya yarada bilər. Bu, müştərilərin marka ilə emosional əlaqə yaratmalarına dəstək olur.


Müştərilərə təsir etmək
İmza qoxular müştərilərə markanın keyfiyyəti, tərzi və ya digər xüsusiyyətləri haqqında təəssürat ötürə bilər. Doğru seçilmiş qoxu müştərilərin marka haqqında müsbət fikirləşməsini də təmin edəcək.
Marketinq strategiyasına dəstək
İmza qoxu markanın PR və marketinq strategiyalarında önəmli amil kimi istifadə edilə bilər. Məsələn, bir mağazanın və ya hotelin xüsusi qoxu ilə əlaqələndirilməsi müştəriləri markanı xatırlamağa və yenidən ziyarət etməyə təşviq edə bilər.
Rəqabət üstünlüyü yaratmaq
Bir marka özünəməxsus imza qoxu yaradarsa, rəqabət üstünlüyü qazanmış olur. Müştərilər imza qoxunun təsiri ilə məkanda daha çox qalır, daha çox pul xərcləyir və qoxusuna görə markanı rəqiblərindən asanlıqla fərqləndirə bilir. Araşdırmalar göstərir ki, imza qoxular müştəri loyallığını artırır.
Bu səbəblərdən dolayı bir çox marka qoxu mütəxəssisləri ilə əməkdaşlıq edərək imza qoxu yaratmağa çalışır. Siz də öz markanızın xüsusi qoxusunu yaratmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.
Unutmayın, qoxular unudulmur, markanız da unudulmaz olsun!