Tez-tez soruşulan suallar

Ümumi suallar!

SCENTPRO məhsulları təhlükəsizdir?

Bəli. SCENTPRO tərəfindən təqdim edilən bütün qoxular beynəlxalq IFRA standartlarına cavab verir və tamamilə təhlükəsizdir.

Soyuq hava diffuzoru nədir və necə işləyir?

Soyuq hava diffuzoru su və istidən istifadə etməyən, yağın atomlaşmasını təmin edən cihazdır. Bu diffuzor aktiv şəkildə ətrafdakı soyuq havanı süzür, yağları ultra-quru duman şəklində havaya püskürür. İsti və ya su ilə işləyən diffuzorların əksinə, soyuq hava diffuzorunun nəticəsi daha güclü və daha təmiz qoxu deməkdir. Çünki soyuq havada yağlar sulanmır, havaya başqa lazımsız maddələr püskürdülmür.

Qoxu mütəxəssisi ilə necə danışa bilərəm?

Zəhmət olmasa, aşağıdakı linkə keçərək məlumatlarınızı doldurun. Ən qısa zamanda qoxu mütəxəssislərimizdən biri sizinlə əlaqə saxlayacaq.

Görüş təyin et

SCENTPRO diffuzor sistemini özü quraşdıra bilərmi?

Bəli. Bizim mütəxəssislərimiz diffuzorun çatdırılmasını, məkanın ölçülərinə uyğun quraşdırılmasını və tənzimləmələri həyata keçirir. İstifadə zaman hər hansı texniki problem yaranarsa, müştəri xidmətlərimizlə əlaqə saxlayın, əməkdaşlarımız hər zaman kömək etməyə hazırdır.

SCENTPRO diffuzor kartriclərinin dəyişdirilməsini özü həyata keçirəcəkmi?

Professional qoxu marketingi xidmətinizin başlandığı gün Texniki Dəstək komandamız kartriclərin dəyişdirilmə tarixini müəyyənləşdirir. Hər ayın həmin günü əməkdaşlarımız məkanınıza yaxınlaşır, müştəri fikirləri ilə tanış olur və kartriclərin dəyişdirilməsini həyata keçirir. 

Siz yalnız qoxu marketingi xidmət haqqına görə ödəniş edirsiniz, diffuzor kartriclərinin dəyişdirilmə xidməti tamamilə pulsuzdur. 

Qoxuları sınamaq olar?

Bəli, əlbəttə olar. Bizimlə əlaqə saxlayın və qoxu mütəxəssisimiz məkanınız üçün ideal qoxunu tapmağa sizə kömək etsin. Geniş qoxu kataloqumuz ehtiyaclarınıza uyğun qoxunu tapmaqda sizə kömək edəcək.

Ətraflı məlumat üçün əlaqə saxlayın

Aylıq abunəlik təklif edirsiniz?

Bəli. Biz yalnız abunəlik proqramı əsasında çalışırıq. Diffuzorların kartriclərinin aylıq olaraq texniki komandamız tərəfindən dəyişdirilməsi ilə sevimli qoxunuz heç vaxt bitməyəcək.

Məkana qoxu əlavə etməyin faydası nədir?

Professional qoxu seçmək, əlbəttə, məkanı ətirlə doldurmaqdan daha çətin və önəmlidir. Qoxu məkanın dizaynında təzə aksesuar kimi düşünülən bir elementdir. Mebel, işıq və ya rəsm əsərindən daha önəmli olan qoxu, məkanın atmosferini müəyyənləşdirir, onu daha rahat və unudulmaz edir. SCENTPRO bütün qoxularda terapevtik səviyyədə yağ qarışığından istifadə edir. Nəticədə qoxularımız müştərilərin sağlamlığına, stresdən azad və gümrah hiss etməsinə müsbət təsir edir.

Biznesə professional qoxu seçməyin faydaları nələrdir?

Sektordan asılı olmayaraq qoxu təkcə müştəriləri cəlb etmir, həm də onlarla emosional əlaqə yaradır. Marka imicini yaxşılaşdırmaq və unudulmaz müştəri təcrübəsi yaşatmaq, biznes obyektinizdə unikal ab-hava yaratmaq üçün professional qoxulardan istifadə edin.

Qoxu marketinqi necə işləyir?

Qoxu yaddaş ilə əlaqəli beş hissin ən güclüsüdür. Markanızı xatırladan qoxu seçərək, müştərilərin yaddaşında müsbət təsir yarada və onlarda loyallıq formalaşdıraraq birbaşa satışı artıra bilərsiniz. 

Diffuzorların qiyməti neçəyədir?

SCENTPRO olaraq diffuzorların satışını həyata keçirmirik. Biz professional qoxulandırma xidməti təklif edir və məkana uyğun diffuzoru müştərilərə PULSUZ təqdim edirik.

Məhsullarımızı evdə istifadə etmək olar?

Professional qoxulandırma ilə evinizə xoş qoxuları tətbiq edə bilərsiniz. Sizə uyğun diffuzor və qoxu təklif etməyimiz üçün, zəhmət olmasa bizimlə əlaqə saxlayın.

Məkanda ev heyvanı və uşaq varsa, sizin qoxular pis təsir edərmi?

Təqdim etdiyimiz professional qoxu çeşidləri IFRA beynəlxalq standartına cavab verir və antiallergik, antibakterial, antiviral özəlliklərə sahibdir.

Mənim özümüm diffuzorum var, sizdən necə qoxu əldə edə bilərəm? Bu halda mənə hər hansı endirim olacaqmı?

Məkanınıza uyğun doğru və keyfiyyətli diffuzor seçilməsi çox önəmlidir. Bu səbəbdən professional qoxulandırma xidmətimizdən maksimal effekt almaq üçün bizim təqdim etdiyimiz diffuzorlardan istifadə etməyiniz tövsiyyə olunur.

Ən tez və ya ən gec neçə günə quraşdırılma həyata keçirilir

Müraciətinizi təsdiqlədikdən sonra, 3 iş günü ərzində qoxu mütəxəssisimiz məkanınıza uyğun diffuzor və qoxu kataloqu ilə birlikdə məkana yaxınlaşır. Qoxunu seçdikdən sonra diffuzoru quraşdırır, sazlamaları həyata keçirir və əməkdaşlığımız başlayır.

Avtomobil üçün xidmətiniz varmı?

Avtomobillər üçün xidmətimiz mövcuddur. Bu zaman diffuzoru PULSUZ təqdim edirik, müştəri ilə əməkdaşlığımız başladıqdan sonra hər ayın tamamında diffuzor kartricləri müştərinin qeyd etdiyi ünvana göndərilir.

Qoxular

SCENTPRO qoxuları avadanlıqlar, əsərlər və heyvanlar üçün təhlükəsizdir?

Bəli. Bizim məhsullarımız soyuq hava texnologiyasından istifadə etdikləri üçün heç bir qalıq qalmır. Əminliklə deyə bilərik ki, SCENTPRO məhsulları məkandakı avadanlıqlar, əsərlər və ev heyvanları üçün tamamilə təhlükəsizdir.

SCENTPRO qoxuları nədir?

Qoxularımız terapevtik səviyyədə yağ və keyfiyyətli parfümün qarışığıdır. Qoxularımız bütün müalicəvi faydaları qorumaq üçün dizayn edilib. Bütün SCENTPRO məhsulları allergiyaya qarşıdır, IFRA standartına uyğundur və yüksək təhlükəsizlik standartlarına əsasən hazırlanıb.

Qoxularınız gözəldir, onları cilddə istifadə etmək olar?

Yağlarımız bitki mənşəlidir, onları təmiz və sulandırılmamış halda cildinizə tətbiq etməyin. Əgər diffuzorun yağı əlinizə düşərsə və ya cildinizə dəyərsə, həmin hissəni sabun və su ilə yuyun.

Esans yağ nədir?

Esans yağlar müxtəlif məqsədlər üçün istifadə edilən bitki ekstraktlarıdır. Adətən, distillə etməklə əldə edilir və bu üsul onların mənbələrinin təbii qoxu və dadını qorumasına kömək edir. Esans yağlar müalicəvi xüsusiyyətləri və sakitləşdirici atmosfer yaratmaq üçün neçə əsrlərdir istifadə edilir.

Qoxulara qarşı həssaslıq barədə nə düşünürsünüz?

SCENTPRO qoxuları sənayenin ən yüksək standartlarına uyğun olan IFRA standartlarına sahibdir. Qoxularımız ən keyfiyyətli bitki esanslarından hazırlanıb, antibakterial, antiviral və antifunqal özəlliklərə sahibdir. Qoxularımız insanlar, ev heyvanları və bitkilər ətrafında istifadə üçün güvənlidir və sağlamlığa neqativ təsiri yoxdur.

Sizin diffuzorlarda parfum və ya başqa yağ qarışımlarından istifadə edə bilərəm?

SCENTPRO diffuzorları ancaq bizim qoxu kartricləri ilə işləməsi üçün özəl dizayn edilib. Bizim qoxularımız diffuzorun daxili komponentlərini zədələmir və cihazın uzun müddətli olmasını təmin edir. 

Bizim təqdim etdiyimiz diffuzorlarda hər hansı başqa parfum və ya yağ qarışımı istifadəsi nəticəsində avadanlığa dəyən zərər müştəri tərəfindən qarşılanmalıdır.

Qoxuların siyahısını haradan tapa bilərəm?

SCENTPRO geniş çeşiddə qoxu kolleksiyasına sahibdir. Hotellər, yaşayış kompleskləri, ofislər, tibbi mərkəzlər, mağaza və restoranlar üçün uyğun qoxuları kataloqumuzdan tapa bilərsiniz. Professional qoxu mütəxəssislərimiz də seçim zamanı məkanınıza uyğun qoxunu tapmaqda sizə köməklik göstərməyə hazırdır.

Qoxu kataloquna keçin.

ScentPro qoxuları harada istehsal olunur?

Bütün qoxularımız (kartriclərimiz) yüksək keyfiyyətli inqredientlər istifadə edilərək, ən yüksək beynəlxalq standartlara uyğun Avropada və ABŞ-da istehsal olunur.

Kataloqumuzda, ABŞ, İngiltərə, Fransa, Almaniya, İsveçrə, İspaniya, Hollandiya və Türkiyə istehsalı qoxularımız mövcuddur.

Diffuzordakı kartric əsasən nə qədər davam edir?

Diffuzor tövsiyə edilən rejimdə, yəni gündə 8-10 saat çalışarsa, kartric təxminən 1 ay davam edir. 1 ay sonra əməkdaşımız texniki servis və kartrici dəyişmək üçün məkana yaxınlaşır.

Mən hal-hazırda sizin müştəriyəm, qoxunu necə dəyişə bilərəm?

Bizimlə əlaqə saxlayaraq istənilən zaman yeni qoxuya keçə bilərsiniz. Yəni siz hər ay fərqli qoxudan həzz ala bilərsiniz. 

BİZİMLƏ ƏLAQƏ YARADIN!

Professional qoxu həllərini məkanınıza tətbiq etmək və əməkdaşlıq yaratmaq üçün aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edin.