Bizim haqqımızda

Xoş gəlmisiniz!

SCENTPRO həyatın adi anlarını unudulmaz edən və məkanları xüsusiləşdirən professional qoxu həlləri təqdim edir. Məqsədimiz unudulmaz müştəri təcrübələri yaşatmaq və onların məkanla bağlı xatirələrini gücləndirməkdir. 

Biz kimik?

Qoxu bazarında professionallıqla fərqlənməyi hədəfləyən SCENTPRO texnologiya, keyfiyyət və müştəri məmnuniyyətini ön planda tutur. Biz qoxuların gücünə və məkanların sadəcə estetikası ilə deyil, eyni zamanda qoxu təəssüratı ilə də xatırlanmalı olduğuna inanırıq.

Xidmətlərimiz

Məkanların ehtiyaclarına uyğun professional qoxular təqdim edirik. Peşəkar mütəxəssislərimizlə birlikdə hotellər, mağazalar, restoran və kafelər, ofislər və iş yerləri, yaşayış kompleksləri, idman zalları və spa, tibb mərkəzləri və digər sektorlar üçün professional qoxulandırma həlləri təklif edirik.

Missiyamız

Qalıcı təəssüratlar və emosional əlaqələr yaratmaq üçün innovativ qoxu marketinqi vasitəsilə müştərilərimizin brend imiclərini gücləndirmək.

Baxış

Qoxu marketinqi sahəsində qlobal lider olmaq, peşəkar standartları təyin etmək və brendlərin qoxu gücü ilə istehlakçılarla əlaqə qurma üsulunu dəyişdirmək.

Dəyərlərimiz

İnnovasiya, müştəri məmnuniyyəti, fərdi yanaşma, etibarlılıq, mükəmməllik.

Niyə biz?

  • Hər məkana özəl olaraq professional qoxu həlləri təklif edir, qoxuları qarışdırıb özəl nəticələr alır və layihələrə həssas şəkildə yanaşırıq.
  • İstifadə etdiyimiz qoxuların keyfiyyətinə böyük önəm veririk. IFRA standartlarına uyğun və özəl testlərdən keçirilmiş xüsusi qoxularla müştərilərə unudulmaz təcrübə vəd edirik.
  • Layihənin hər addımında müştərilərin ehtiyaclarına həssas yanaşır, davamlı əlaqə saxlayaraq layihəni uğurla tamamlayırıq. 

Məkanınızı unudulmaz etmək, müştərilərdə xoş ilkin təəssürat yaratmaq və professional qoxuların üstünlüklərindən faydalanmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın. 

ScentPro – Professional qoxu həlləri!

Bizimlə əlaqə

BİZİMLƏ ƏLAQƏ YARADIN!

Professional qoxu həllərini məkanınıza tətbiq etmək və əməkdaşlıq yaratmaq üçün aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edin.