Xoş atmosfer yaratmaq, əhvalı yüksəltmək, arzuolunmaz qoxuların qarşısını almaq, pasiyent və ziyarətçi məmnuniyyətini artırmaq üçün tibb mərkəzlərində, psixoloji klinikalarda və xəstəxanalarda professional qoxu seçimləri edilməlidir. Tibb mərkəzləri üçün başqa hansı üstünlüklər var? 

Tibb mərkəzləri professional qoxu istifadə etməyin bəzi üstünlüklərindən faydalana bilərlər. Ancaq tibb mərkəzlərində qoxu seçiminə ciddi şəkildə yanaşılmalıdır, çünki bəzi pasientlər və pasientlərin cari vəziyyəti xüsusi qoxulara qarşı həssas ola bilər. Bəs professional qoxular tibb mərkəzinə nə qata bilər?

Xoş ab-hava

Tibb mərkəzlərində professional qoxu istifadəsi xəstə, ziyarətçi və həkim kollektivi üçün daha müsbət ab-hava yarada bilər. Rahatlıq və hüzur verən qoxular stresi azaldır və pasientlərin müalicə proseslərini daha xoş şəkildə keçirmələrinə kömək edir.

Motivasiyanı artırmaq

Professional qoxular tibb mərkəzlərində çalışan əməkdaşların motivasiyasını yüksəldə bilər. Beləliklə tibbi mərkəzinizdə daha müsbət iş mühiti yaratmış olacaqsınız.

Niyə bizə müraciət etməlisiz?

Xoş atmosfer yaratmaq
Əhvalı yüksəltmək
Pis qoxuları aradan qaldırmaq

Pis qoxuları gizlətmək

Tibb mərkəzləri və xəstəxanalarda xoş olmayan qoxuların yaranması qaçınılmazdır. Professional qoxular bu pis qoxuları gizlədə və gigiyenik məkan təsirini artıra bilər.

Məmnunluğu artırmaq

Xoş qoxular xəstə və ziyarətçilərinin məmnunluğunu artıra bilər. Tibb mərkəzinizdə keçirilən müddətin rahat və xoş olması üçün professional qoxuya üstünlük verin.

Təmizlik düşüncəsi

Antiseptik qoxular tibbi mərkəzlərdə təmizlik və gigiyena düşüncəsini gücləndirə bilər. Bu həm xəstələrə, həm də ziyarətçilərə güvən verir.

Stresi azaltma

Xüsusilə ağır və stresli şöbələrdə rahatlıq gətirən qoxular istifadə etmək stresi azalda bilər, xəstələrin və tibbi personalın daha hüzurlu hiss etmələrinə dəstək ola bilər.

Tibbi mərkəzlərdə qoxu istifadəsində diqqətli olmaq lazımdır. Bütün insanlar fərqli olduqları kimi seçimləri də fərqlidir. Bəzi xəstələr və tibbi mərkəzin əməkdaşları xüsusi qoxuya qarşı həssas ola bilər. Bundan əlavə seçilmiş qoxunun xəstələrin müalicə prosesinə mənfi təsir etməməsinə də diqqət edilməlidir. Bu səbəblə seçimi zamanı qoxu mütəxəssisi ilə əlaqə saxlanılmalıdır.

Bizimlə danışın

BİZİMLƏ ƏLAQƏ YARADIN!

Professional qoxu həllərini məkanınıza tətbiq etmək və əməkdaşlıq yaratmaq üçün aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edin.