Satış sahəsində müştərilərlə emosional əlaqə yaratmağı bacaran markalar sadiq müştəri qazanırlar və bu da satışa müsbət təsir edir. Araşdırmalar göstərir ki, məkanın qoxusu müştəri davranışlarına təsir edən əsas amillərdəndir. Bəs mağazaya uyğun qoxunu necə seçmək lazımdır?

Mağazalar professional qoxu istifadəsinin bir neçə fərqli faydasını görə bilər. Gəlin onlarla tanış olaq.

Satışları artırmaq

Doğru seçilmiş qoxular mağaza daxilindəki atmosferi yaxşılaşdıraraq müştəri təcrübəsini artıracaq. Araşdırmalar göstərir ki, xoş qoxular müştərilərin mağazada daha çox vaxt keçirmələri və daha çox alış-veriş etmələri ilə nəticələnir.

Marka imicini gücləndirmək

Mağazalar özlərinə uyğun xüsusi bir qoxu seçərək marka imicini gücləndirə bilərlər. Spesifik qoxu müştərilərin mağazanı xatırlamaqlarına və həmin qoxunu marka ilə əlaqələndirmələrinə kömək edir.

Niyə bizə müraciət etməlisiz?

Satışları artırmaq
Brend imicini gücləndirmək
Pis qoxuları aradan qaldırmaq

Satışları artırmaq

Bəzi qoxular var ki, müştərilərin satın almaq istəyini artıra bilir. Məsələn, bəzi meyvə və ya şirin qoxular müştərilərin iştahını artırır və alışa təşviq edir.

Emosional bağlanma

Professional qoxular emosional bağlanmanın əsasını təşkil edir. Müştəri mağazanı xüsusi bir qoxu ilə əlaqələndirərsə, həmin qoxunu harada duymasından asılı olmayaraq hər zaman sizin mağazanı xatırlayacaq.

Tərzi müəyyənləşdirmək

Professional qoxular mağazanın tərzini, profilini müəyyən etməkdə önəmli rola sahibdir. Məsələn, orqanik məhsulların satıldığı mağazada təzə və təbii qoxular istifadə edilə bilər.

Effektiv alış-veriş

Xüsusilə pərakəndə sektorunda mağaza daxilinin atmosferi hər şeydən önəmlidir. Doğru qoxular mağazanın profilini və imicini vurğulayacaq, müştərilərə daha cəlbedici alış-veriş təcrübəsi təqdim edəcək. Araşdırmalar göstərir ki, müştəri mağazada nə qədər çox zaman keçirərsə, eyni ölçüdə daha çox pul xərcləyir. 

Məmnunluğu artırmaq

Araşdırmalar göstərir ki, xoş qoxular müştəri məmnunluğunu artırır. Müştərilər mağazada xoş qoxu ilə qarşılaşdıqda daha müsbət alış-veriş təcrübəsi yaşayır və daha çox pul xərcləyirlər.

Mağazalarda istifadə edilən qoxuların diqqətli seçilməsi və dozasının düzgün tənzimlənməsi çox önəmlidir. Hər kəsin qoxu seçimi fərqlidir və həddən çox qoxu püskürtmək müştərilərdə narahatlıq yarada bilər. Bundan başqa seçilmiş qoxu mağazanın sektoruna və hədəf kütləsinə uyğun olmalıdır. Professional qoxu seçmək peşəkar yardım tələb edir. Bu səbəblə seçim zamanı qoxu mütəxəssisimiz ilə əlaqə saxlamanız tövsiyyə olunur.

Bizimlə danışın

BİZİMLƏ ƏLAQƏ YARADIN!

Professional qoxu həllərini məkanınıza tətbiq etmək və əməkdaşlıq yaratmaq üçün aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edin.