Professional qoxulardan istifadə etmək binanın imicinə güclü təsir edir. Xüsusən də ofis binaları və yaşayış kompleksləri kimi yerlərdə istifadə edilən məxsusi qoxular sizin marka dəyərinizi yüksəldir.
Professional qoxular binalarda bir çox müsbət dəyişikliyə və üstünlüyə səbəb ola bilər. Nə üçün binanıza professional qoxu seçməlisiniz?
Xoş təəssürat
Binalar qonaqlarında və istifadəçilərində xoş ilk təəssürat yaratmaq istəyirsə, professional qoxulandırma xidmətindən istifadə etməlidir. Xoş bir qoxu bina daxilindəki atmosferi müsbət şəkildə dəyişir və qonaqların əhvalına pozitiv təsir edir.
Məmnunluğu artırmaq
Xoş qoxular müştərilərin və əməkdaşların məmnunluğunu artırır. Enerji və rahatlıq verən qoxular əməkdaşların motivasiyasını yüksəldir və qonaqların daha xoş təcrübə yaşamasına səbəb olur.
Niyə bizə müraciət etməlisiz?


Stresi azaltmaq
Düzgün seçilmiş qoxular stresi azaldıb, ümumi rahatlıq hissi yarada bilər. Məsələn lavanda və yaşıl çay kimi rahatladıcı qoxular bina daxilindəki insanların stres səviyyəsini aşağı sala bilər.
İmici gücləndirmək
Professional qoxulardan istifadə etmək bina imicini gücləndirir. Xüsusilə yaşayış kompleksləri, alış-veriş mərkəzləri və biznes mərkəzləri kimi binalarda istifadə edilən qoxular binanın peşəkar imicini dəstəkləyir.
Harmoniya yaratmaq
Bina daxilindəki qoxular məkanın dizaynı və istifadə məqsədi ilə harmoniya yarada bilər. Məsələn, təbii elementlərdən istifadə edən bir bina girişində mərkəzində seçilmiş təzə və təbii qoxular xoş uyğunluq təşkil edəcək.
Tərzi müəyyənləşdirmək
Professional qoxular bina daxilindəki məkanın tərzini müəyyən etməkdə böyük rola sahibdir. Məsələn, bir kitabxana və ya rəsm qalereyası kimi fərqli məkanlar üçün fərqli özəllikləri olan qoxular seçilməlidir.
Pis qoxuları gizlətmək
Bina daxilində yarana biləcək xoş olmayan qoxulardan yayınmaq üçün professional qoxulardan istifadə edilə bilər. Bu qoxular binanızın təmiz və gigiyenik havasını gücləndirəcək.
İstifadə edilən qoxuların bina daxilindəki qonaqları və istifadəçiləri narahat etməməsi və xoş qəbul edilməsi önəmlidir. Binanın profilinə və istifadə məqsədinə uyğun professional qoxu seçilməlidir. Bu səbəblə hotelinizə qoxu seçərkən qoxu mütəxəssisimiz ilə danışmağınızı tövsiyə edirik.
