Məkanın lüks və rahat hiss etdirməsi onun qoxusundan birbaşa asılıdır. Doğru seçilmiş qoxu hotelinizin qonaqlarına rahat, stresdən azad və gümrah hiss etdirə bilər. Bəs doğru qoxunu necə seçmək lazımdır?
Hotelinizə doğru qoxunu seçmək üçün bizimlə əlaqə saxlayın. Qoxu mütəxəssisimiz tez bir zamanda sizinlə görüş təyin edib, sizə seçim etməkdə kömək edəcək.
Professional qoxu istifadə etmək hotelinizə bir neçə üstünlük qatacaq. Gəlin üstünlüklərlə birlikdə tanış olaq.
Niyə bizə müraciət etməlisiz?


Müştəri məmnunluğunu artırmaq:
Professional qoxular qonaqların hoteldə keçirdikləri zaman boyunca müsbət təcrübə yaşamasına kömək edir. Xoş bir qoxu qonaqların hoteldə keçirdikləri zamanı rahatladıcı və unudulmaz edəcək.
Rahat atmosfer yaratmaq:
Doğru seçilmiş qoxular rahatladıcı atmosfer yaratmaqda çox effektivdir. Xüsusilə lavanda, jasmin və yaşıl çay qoxuları kimi rahatladıcı xüsusiyyətlərə sahib qoxular, qonaqların stresini azalda və hüzurlu bir aura yarada bilər.
İlk təəssüratı gücləndirmək:
Hotelin foyesi və ya otaqlarına daxil olan qonaqlar ilk təəssüratlarını əsasən vizual və qoxu faktorları vasitəsilə formalaşdırırlar. Xoş bir qoxu ilk təəssüratı unudulmaz edəcək.
Təmizliyi hiss etdirmək:
Professional qoxular hotel otaqlarının təmiz və səliqəli olduğu düşüncəsini gücləndirəcək. Təmizliklə əlaqələndirilən təzə və xoş qoxular qonaqların otaqlarda daha rahat hiss etməklərini və daha uzun müddət qalmaqlarını təmin edəcək.
Ancaq qoxuların istifadəsi mövzusunda diqqətli olmaq lazımdır. Hər kəsin qoxu seçimləri fərqlidir və həddən çox istifadə edilən və ya narahatedici qoxular bəzi müştərilər üçün mənfi təcrübə yaşada bilər. Bu səbəblə hotelinizə qoxu seçərkən qoxu mütəxəssisimiz ilə danışmağınızı tövsiyə edirik.
